SON XƏBƏRLƏR

Diplomat: Iran müharibənin qarşısını almaq üçün ona tam hazır olmalıdır

2026.02.24, 15:02
Diplomat: Iran müharibənin qarşısını almaq üçün ona tam hazır olmalıdır

İran müharibənin qarşısını almaq üçün ona tam hazır olmalıdır.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Ramin Mehmanpərəst Tehranın ABŞ ilə Cenevrədə keçiriləcək üçüncü dolayı nüvə danışıqlarına hazırlaşdığı bir vaxtda bildirib.

Mehmanpərəst deyib ki, İran ədalətli və qarşılıqlı hörmətə əsaslanan razılaşmaya tam hazırdır və “top amerikalıların meydançasındadır”, o, hərbi təhdidlər yolu ilə İrandan güzəşt alınması fikrini rədd edib.

“Əgər müharibənin baş verməsini istəmiriksə, müharibəyə 100 faiz hazır olmalıyıq”, – o bildirib və əlavə edib ki, İran silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir və Tehran təzyiq qarşısında geri çəkilməyəcək.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar