SON XƏBƏRLƏR

İran prezidenti: Xamenei nüvə silahını qadağan edib

2026.02.26, 11:38
İran prezidenti: Xamenei nüvə silahını qadağan edib

İran prezidenti Məsud Pezeşkian bildirib ki, Əli Xameneinin nüvə silahını qadağan etməsi səbəbindən İran belə silah hazırlamayacaq.

Gunaz.tv

O iddia edib ki, “dini lider siyasətçilər kimi yalan danışa bilməz”.

“Əgər o, bizim nüvə silahına malik olmayacağımızı elan edirsə, bu o deməkdir ki, biz ona malik olmayacağıq,” – deyə Pezeşkian ABŞ-la keçiriləcək üçüncü raund nüvə danışıqları ərəfəsində bildirib. ABŞ isə, öz növbəsində, Tehranın nüvə silahı əldə etməyə çalışdığını bildirməyə davam edir.

Xatırladaq ki, Əli Xamenei 2000-ci illərin əvvəllərində nüvə silahının hazırlanmasını qadağan edən fətva (islami dini hökm) verib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar