SON XƏBƏRLƏR

Donald Tramp: Biz İranda geniş miqyaslı hərbi əməliyyatlara başlamışıq

2026.02.28, 11:39
Donald Tramp: Biz İranda geniş miqyaslı hərbi əməliyyatlara başlamışıq

"Qəddar İran rejimindən gələn təhlükəni məhv edəcəyik."

Gunaz.tv

Bu sözləri Amerika prezidenti Donald Tramp video müraciətində deyib.

"Məqsədimiz İran rejimindən qaynaqlanan təhdidləri məhv edərək Amerika xalqını qorumaqdır" - Prezident Donald Tramp bildirib.

Tramp çıxışında İranın heç bir zaman nüvə silahına sahib olmasına imkan verilməyəcəyini deyib və bir daha "Gecə Yarısı Çəkic" əməliyyatını xatırladıb.

Tramp İranın bu əməliyyatlardan sonra belə, danışıqların aparılmasına baxmayaraq nüvə fəaliyyətini davam etdirməyə və ballistik raket proqramını inkişaf etdirməyə çalışdığını bildirib.

Tramp İran silahlı qüvvələrinə və SEPAH-a səslənərək onları silahı yerə olmağa çağırıb, əks halda mütləq ölümlə üzləşməyə hazır olmağı deyib.

Bundan başqa Donald Tramp sadə insanlara evlərini tərk etməyi və təhlükəsizlikdə qalmağı tapşırıb.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar