SON XƏBƏRLƏR

İddia: Mahmud Əhmədinejad və ailəsi öldürüldü

2026.02.28, 23:11
İddia: Mahmud Əhmədinejad və ailəsi öldürüldü

Gunaz.tv

Tehranda son hava hücumlarının intensivləşməsi fonunda bəzi qeyri-rəsmi mənbələr və sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ABŞ və İsrailin birgə əməliyyatları zamanı İranın sabiq prezidenti Mahmud Əhmədinejad ailə üzvləri ilə birlikdə həlak olub.

Eyni iddialarda bildirilir ki, hadisə zamanı Mahmud Əhmədinejadın mühafizə heyətindən azı üç nəfər də həyatını itirib.

Məlumatlar paytaxtın bir sıra həssas nöqtələrinin hədəfə alınması və Tehranın Narmək bölgəsində partlayış baş verməsi barədə yayılan xəbərlərlə paralel şəkildə ortaya çıxıb. Sosial mediada yayılan bəzi görüntülərin Əhmədinejadın yaşayış yeri və ya onun ətrafına aid olduğu irəli sürülsə də, həmin materialların həqiqiliyi müstəqil şəkildə təsdiqlənməyib.

Xəbərin hazırlandığı ana qədər İranın rəsmi media qurumları, o cümlədən hakimiyyətə yaxın informasiya agentlikləri və dövlət televiziyası Mahmud Əhmədinejadın və ailə üzvlərinin ölümü ilə bağlı hər hansı rəsmi təsdiq yaymayıb. Onun ofisi də məsələ ilə bağlı açıqlama verməyib.

Mövzu ilə bağlı rəsmi və təsdiqlənmiş məlumat əldə olunduğu təqdirdə, əlavə detallar ictimaiyyətə təqdim olunacaq.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar