SON XƏBƏRLƏR

Qətər İranın yalnız ABŞ hədəflərini vurduğuna dairı iddiasını rədd edib

2026.03.04, 20:52
Qətər İranın yalnız ABŞ hədəflərini vurduğuna dairı iddiasını rədd edib

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü telefon danışığı zamanı hücumların Qətərdə yalnız ABŞ hədəflərinə yönəldiyini iddia edib.

Gunaz.tv

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani isə bu iddianı “qəti şəkildə rədd edib”. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Nazir qeyd edib ki, hücumlar yaşayış məntəqələrini və əsas infrastruktur obyektlərini, o cümlədən əsas hava limanı və mayeləşdirilmiş təbii qaz obyektlərinin yaxınlığını da hədəf alıb.

Qeyd edək ki, bu, həftəsonu başlayan müharibədən sonra İran və Qətər arasında ictimaiyyətə açıqlanan ilk təmasdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar