SON XƏBƏRLƏR

Türkiyə Müdafiə Nazirliyi: PJAK-ın İrandakı fəaliyyətini yaxından izləyirik

2026.03.05, 13:09
Türkiyə Müdafiə Nazirliyi: PJAK-ın İrandakı fəaliyyətini yaxından izləyirik

Türkiyənin Milli Müdafiə Nazirliyi İrandakı PJAK terror təşkilatının fəaliyyəti ilə bağlı açıqlama verib.

Gunaz.tv

Bəyanatda təşkilatın İrandakı fəaliyyətinin və bölgədəki olayların müvafiq dövlət qurumları ilə əlaqələndirilərək yaxından izlənildiyi bildirilir.

“PJAK terror təşkilatı kimi etnik separatizmi qızışdıran qrupların fəaliyyəti təkcə İranın təhlükəsizliyinə deyil, həm də regionun ümumi sülhünə və sabitliyinə mənfi təsir göstərir. Biz PJAK-ın İrandakı fəaliyyətini və regiondakı hərəkətlərini dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə yaxından izləyirik.” - bəyanatda qeyd edilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar