SON XƏBƏRLƏR

İran yeni rəhbərini qorxudan seçmir - “Nyu York tayms”

2026.03.06, 14:33
İran yeni rəhbərini qorxudan seçmir - “Nyu York tayms”

ABŞ və İsrailin yeni liderin də hədəfə alına biləcəyi barədə xəbərdarlıqlarından sonra İslam Respublikası təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Əli Xameneinin varisinin təyin edilməsini təxirə salıb.

Gunaz.tv

Bu barədə “Nyu York tayms” qəzetinin müxbiri Fərnaz Fəsihi adı açıqlanmayan iki iranlı məmura istinadən yazıb.

Onun sözlərinə görə, İslam Respublikasının keçmiş liderinin ikinci oğlu Müctəba Xamenei bu vəzifəyə əsas namizəd hesab olunur.

“Ancaq onun rejimin yeni siması ola biləcəyi barədə xəbərlərdən sonra onun da hədəf alınacağı xəbərləri çoxalıb”, - o bildirib.

Qeyd edək ki, Ekspertlər Şurasının 3 martda Müctəba Xaməneini yeni lider seçdiyi barədə məlumat təkzib edildi və seçkilərin davam etdiyi açıqlandı. Lakin seçkinin nəticəsi hələ də elan edilməyib.

Bəzi mənbələrə görə, SEPAH Müctəba Xaməneini qorumaq üçün seçki nəticəsini açıqlamır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar