SON XƏBƏRLƏR

Pezeşkian Putinlə danışdı

2026.03.07, 09:00
Pezeşkian Putinlə danışdı

Rusiya Prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Gunaz.tv

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Məsud Pezeşkian Rusiyanın İran xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib və münaqişənin hazırkı kəskin mərhələsində vəziyyət barədə ətraflı məlumat verib", - deyə bildirilib.

Putin öz növbəsində Moskvanın Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılması və mümkün qədər tez siyasi və diplomatik həll yoluna qayıtmağın vacibliyi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar