SON XƏBƏRLƏR

İran komandirlərləri kazarmalardan qaçır

2026.03.07, 10:39
İran komandirlərləri kazarmalardan qaçır

İran komandirlərləri əsgərləri qeyri-müəyyən vəziyyətdə qoyaraq kazarmalarından qaçıblar.

Gunaz.tv

Bu barədə xarici media yerli mənbələrə istinadən məluamat yayıb.

"Əli Xaməneinin və onlarla yüksək vəzifəli hərbi məmurun öldürülməsindən sonra bir sıra hərbi komandirlər kazarmaları tərk ediblər və onların yoxluğunda əsgərlər təhlükəli şəraitdə və bombardman altında postları qorumağa məcbur olublar,- məlumatda bildirilib.

Martın 6-da Loristan əyalətindəki kazarmadakı hərbçilər komandanlıqlarının qeyri-müəyyən vəziyyəti, eləcə də son hadisələrdən sonra təhlükəsizliklə bağlı narahatlıqlar barədə məlumat veriblər.

Məlumatlar həmçinin göstərir ki, İran diktatorunun öldürülməsindən sonra İslam Respublikasının hərbi qüvvələrinin komandanlıq strukturunda qarışıqlıq və çaşqınlıq yaranıb.

Hərbçilərin məlumatına görə, əsgərlər hava hücumları qorxusundan gecələr zarmaları tərk edərək ətraf bölgələrdə gecələməli olurlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar