SON XƏBƏRLƏR

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

2026.03.07, 11:17
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə gedib.

Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar