SON XƏBƏRLƏR

Tramp: Müctəba Xameneinin yerinə başqa biri var

2026.03.10, 09:37
Tramp: Müctəba Xameneinin yerinə başqa biri var

İranda yeni liderin elan edilməsindən 24 saatdan çox vaxt keçməsinə baxmayaraq, Müctəba Xameneidən hələ də heç bir görüntü, səs və ya hər hansı bir əlamət yayımlanmayıb.

Gunaz.tv

CBS News-un müxbiri bildirib ki, Donald Tramp onunla telefon danışığında Müctəba Xameneiyə heç bir mesajının olmadığını deyib. Tramp həmçinin İslam Respublikasının yeni liderini əvəz etmək üçün bir nəfəri nəzərdə tutduğunu söyləyib, lakin həmin şəxs barədə əlavə məlumat verməkdən imtina edib.

CBS News-un müxbiri Veycia Cianq Donald Trampla telefon danışığının bəzi hissələrini X sosial şəbəkəsində paylaşıb.

Cianqın sözlərinə görə, Tramp Müctəba Xameneiyə hər hansı bir mesajının olub-olmaması barədə suala cavabında deyib: “Onun üçün heç bir mesajım yoxdur; qətiyyən heç bir mesajım yoxdur.”

Ağ Ev müxbiri həmçinin bildirib ki, ABŞ prezidenti bu telefon danışığının davamında Müctəba Xameneinin yerinə nəzərdə tutduğu bir şəxsin olduğunu iddia edib, lakin həmin şəxsin kimliyi barədə açıqlama verməyib.

Trampın bu açıqlamaları o halda səsləndirilib ki, o, bundan əvvəl də Müctəba Xameneinin İslam Respublikasının üçüncü lideri kimi seçilməsini tənqid edərək bunu “böyük səhv” adlandırmışdı. Məlumatlara görə, ABŞ prezidenti bu seçimin davamlı olmayacağını düşünür.

Beynəlxalq media qurumlarının məlumatına əsasən, Tramp bu sözləri CBS müxbiri ilə qısa telefon danışığı zamanı səsləndirib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar