SON XƏBƏRLƏR

İran bildirib ki, regionda ABŞ və İsrailə məxsus iqtisadi mərkəzləri və bankları hədəfə alacaq

2026.03.11, 12:41
İran bildirib ki, regionda ABŞ və İsrailə məxsus iqtisadi mərkəzləri və bankları hədəfə alacaq

Dövlət mediasının məlumatına görə, Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü Ebrahim Zülfüqari deyib ki, İran regionda ABŞ və İsrailə məxsus iqtisadi mərkəzləri və bankları hədəfə alacaq.

Gunaz.tv

Zülfüqari bildirib ki, bu xəbərdarlıq ABŞ və İsrailin gecə saatlarında İran banklarından birinə zərbə endirdiyinə görə verilir.

“Amerikalılar bizim ağrılı cavabımızı gözləməlidirlər”, – deyə Zülfüqari bildirib.

O, həmçinin regionda yaşayan insanlara banklardan bir kilometr məsafədən yaxın yerlərdə qalmamaq barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu hədə bir çox betnəlxalq maliyyə instutunun olduğu Dubayı ciddi təhlükə altına qoyur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar