SON XƏBƏRLƏR

CENTCOM Bildirib ki, süni intellekt ABŞ ordusuna İranda 5 500-dən çox hədəfi vurmağa kömək edib

2026.03.11, 18:45
CENTCOM Bildirib ki, süni intellekt ABŞ ordusuna İranda 5 500-dən çox hədəfi vurmağa kömək edib

Süni intellekt ABŞ ordusuna İranda 5 500-dən çox hədəfi vurmağa kömək edib.

Gunaz.tv

Bu barədə CENTCOM komandiri  Bred Kuper sosial mediada yayımlanan video müraciətində qeyd edib ki, ABŞ-ın həyata keçirdiyi zərbələr nəticəsində, o cümlədən “böyük ballistik raket istehsalı müəssisəsi”nə edilən hücumdan sonra İranın ballistik raket və dron hücumları “kəskin şəkildə azalıb”. Onun sözlərinə görə, hədəflər arasında 60-dan çox gəmi də olub.

Kuper həmçinin təsdiqləyib ki, ABŞ ordusu “çox böyük həcmdə məlumatı saniyələr ərzində təhlil etmək” üçün “inkişaf etmiş süni intellekt alətlərindən” istifadə edir.

O bildirib ki, bu alətlər rəhbərliyə daha sürətli və daha düzgün qərarlar verməyə imkan yaradır. Lakin vurğulayıb ki, “hansı hədəfə atəş açmaq, hansına açmamaq və nə vaxt atəş açmaq barədə son qərarı həmişə insanlar verəcək.”

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar