SON XƏBƏRLƏR

İranda "Qüds" günü- Tarixnin ən sönük aksiyası keçirilib

2026.03.13, 16:13
İranda "Qüds" günü- Tarixnin ən sönük aksiyası keçirilib

Bu gün İran-ABŞ- İsrail müharibəsinin davam etdiyi vəziyyətdə Tehran başda olmaqla İran şəhərlərində ənənəvi hökumət tədbiri, "Qüds" günü keçirilib.

Gunaz.tv

Yerli mənbələrin bildirdiyinə görə, Tehran hökumətinin bütün səylərinə və təşkilatçılığına baxmayaraq, bu gün keçirilən aksiya əvvəlki illərlə müqayisədə olduqca sönük olub.

Hökumət rəhbərliyi üzvlərinin aksiyalara qoşulması da, aksiyaynın izdihamlı olması üçün yetərli olmayıb.

Bildirilib ki, əhali “Qüds günü” adı altında İsrailə qarşı keçirilən mitinqlərə qatılmadığı üçün hökumət dövlət idarələrində işləyənləri, öyrənciləri, məktəbliləri və bu ölkədə dini təhsil alan xarici vətəndaşları məcburi olaraq aksiyalara cəlb edib.

Yeniyetmə və aztəminatlı şəxslərin mitinqlərə qatılması üçün isə əvvəlki illərdə olduğu kimi mitinqdən sonra yemək və meyvə şirələri paylanacağı ilə bağlı şirnikləndirici məlumatlar yayılıb.

Qeyd edək i, ilk dəfə 1982-ci ildə islam inqilabının rəhbəri Ruhullah Xomeyninin təşəbbüsü ilə “Fələstinin azadlığına dəstək” iddiası ilə İsrailə qarşı mitinq keçirilib.

O vaxtdan İranda, Livanda və bir neçə başqa ölkədə İranın maliyyələşdirdiyi və ələ aldığı qruplar hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirir, İranın ideolojik müharibəsinə dəstək verirlər. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar