SON XƏBƏRLƏR

Tehranda SEPAH-ın baş qərargahının binası vurulub

2026.03.14, 11:03
Tehranda SEPAH-ın baş qərargahının binası vurulub

İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargahının binası İsrail və ABŞ Silahlı Qüvvələri tərəfindən endirilən zərbə nəticəsində əhəmiyyətli dərəcədə dağıntılara məruz qalıb.

Gunaz.tv

Bu barədə "Al Hadat" telekanalı məlumat yayıb.

Məlumata görə, tikili, demək olar ki, tamamilə məhv edilib.

Telekanal həmçinin qeyd edib ki, ABŞ-nin Bağdaddakı səfirliyinin binası da hücuma məruz qalıb. "Zərbələrin hədəfi Amerikanın diplomatik missiyasının ərazisində mövcud olan HHM sistemləri olub", - "Al Hadat" bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq isə SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar