SON XƏBƏRLƏR

İsrailin Tehrandakı həssas mərkəzlərə geniş hücumu

2026.03.22, 22:01
İsrailin Tehrandakı həssas mərkəzlərə geniş hücumu

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrail ordusu bazar günü yaydığı bəyanatda bildirib ki, bu ölkənin hava qüvvələri genişmiqyaslı hücum dalğası çərçivəsində Tehranda İranın əsas obyektlərini və infrastrukturunu hədəfə alıb.

Bəyanata əsasən, əməliyyat İran rejiminə bağlı təhlükəsizlik qurumlarının silah istehsalı və saxlanması obyektlərinə zərbələri əhatə edib. Hücumun konkret hədəfləri arasında şəxsi heyətin hazırlanması və raket sistemlərinin saxlanması üçün istifadə olunan hərbi baza, Müdafiə Nazirliyinə məxsus silah istehsalı və anbar kompleksi, eləcə də Sepahın aerokosmik qüvvələrinə aid silah istehsalı obyekti yer alıb.

Bəyanatda əlavə olunub ki, bu hədəflərlə yanaşı, eyni vaxtda İran Kəşfiyyat Nazirliyinin daha bir qərargahı və polis qüvvələrinin fövqəladə əməliyyat mərkəzi də vurulub.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar