SON XƏBƏRLƏR

Qalibaf İsraillə koordinasiya ilə İslamabada getdi

2026.03.24, 08:12
Qalibaf İsraillə koordinasiya ilə İslamabada getdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ və İsrailin razılığı ilə İran hakimiyyətinin parlament sədri Məhəmmədbagir Qalibaf Tehrandan İslamabada səfər edib.

Səudiyyə mənbələri təsdiqləyib ki, ötən gecə Qalibafı daşıyan hərbi təyyarə ABŞ və İsrailin təsdiqi ilə Pakistana doğru uçuş həyata keçirib.

Beynəlxalq etibarlı mənbələr (Reuters, Axios və Jerusalem Post daxil olmaqla) Misir, Türkiyə və Pakistanın ABŞ və İranın yüksək səviyyəli nümayəndələri arasında İslamabadda görüş təşkil etməyə çalışdığını bildirir.

İsrail mənbələri Axios-a bildiriblər ki, Məhəmmədbagir Qalibaf danışıqların İran tərəfdə “əsas fiqur”udur və görüşün bu həftə baş tuta biləcəyi istisna edilmir. Donald Tramp da bazar ertəsi bildirib ki, İran daxilində “yüksək səviyyəli şəxs” ilə əlaqə var və “mühüm razılaşmalar” əldə olunub.

Bununla belə, İran hakimiyyətinin rəsmiləri, o cümlədən Qalibaf və Xarici İşlər Nazirliyi bu danışıqları təkzib edərək xəbərləri “saxta” adlandırıb.

Lakin ərəb mediası bildirir ki, Qalibafın səfəri üçün hərbi təyyarə seçilib və bu uçuş İsrail ilə koordinasiya şəraitində həyata keçirilib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar