SON XƏBƏRLƏR

Pakistan rəsmisi: İran və ABŞ arasında birbaşa danışıqlar İslamabadda keçirilə bilər

2026.03.24, 10:04
Pakistan rəsmisi: İran və ABŞ arasında birbaşa danışıqlar İslamabadda keçirilə bilər

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Reuters agentliyi bir Pakistanlı anonim rəsminə istinadən xəbər verib ki, İranla münaqişəni sona çatdırmaq üçün birbaşa danışıqlar bu həftənin əvvəlində İslamabadda keçirilə bilər.

Məlumata görə, ABŞ-ın vitse-prezidenti Vens, Stiv Vitkof və Cared Kuşner bu görüşdə İran rəsmiləri ilə bir araya gəlmələri gözlənilir.

Bu xəbər, ABŞ sabiq prezidenti Donald Trampın Pakistan Ordusunun komandanı General Asim Munir ilə telefon danışığından sonra yayılıb və göstərir ki, Pakistan ABŞ və İran arasında vasitəçilik rolunu oynayır. Bundan əlavə, xəbərlərdə Türkiyə və Misirin də bu danışıqların təşkili üçün səylər göstərdiyi bildirilir.

Rəsmi təsdiq olmasa da, Səudiyyə Ərəbistanı Qalibafın İslamabada səfər etdiyini təsdiqləyib, lakin bu uçuş hələ İran tərəfindən təsdiqlənməyib.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar