SON XƏBƏRLƏR

Qalibafdan Sepah-a açıq hücum (video)

2026.03.25, 10:43
Qalibafdan Sepah-a açıq hücum (video)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin Kanal 14 televiziya kanalı İran hakimiyyətinin ən yüksək səviyyələrində ciddi qarşıdurmanın baş verdiyini açıqlayıb və Məhəmmədbaqer Qalibafın gizli iclasda Sepah komandiri Əhməd Vahidi ilə birbaşa üz-üzə gəldiyini bildirib.

Məlumata əsasən, Qalibaf həmin iclasda Vahidiyə belə deyib: «Siz bütün pulları mənimsədiniz və indi qüvvələriniz maaş almır. Oğurladığınız pulları geri qaytarın.»

O, hərbi vəziyyətə toxunaraq əlavə edib: «Mən sizin ABŞ qüvvələrini Xark adasında və Hürmüz Boğazında dayandıracağınıza heç inanmıram.»

Kanal 14 bu açıqlamaları İran hakimiyyətinin daxilində dərin parçalanma və böhranın göstəricisi kimi qiymətləndirib.

Bu məlumatları yayımlayan İran üzrə baş analitik Dror Balazada bildirib ki, Qalibafın bu çıxışı artan təzyiqlər fonunda daxili koalisiyanı qorumaq cəhdi kimi dəyərləndirilir.

Onun sözlərinə görə, ABŞ və İsrailin Sepah-a qarşı davam edən hücumları hakimiyyət strukturuna ciddi təzyiq yaradıb və bu vəziyyət Qalibafı Donald Trampla mümkün razılaşmanı dəstəkləməyə yönəldib.

Hesabatda həmçinin Tehranda gərginliyin artdığı və bunun hakimiyyət daxilində ciddi fikir ayrılıqlarının göstəricisi olduğu vurğulanır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar