SON XƏBƏRLƏR

Tramp: NATO-nu dəstəkləməyə ehtiyac qalmaya bilər

2026.03.28, 07:45
Tramp: NATO-nu dəstəkləməyə ehtiyac qalmaya bilər

Tramp: Müttəfiqlər İran qarşısında bizimlə olmadı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranla qarşıdurmada bəzi müttəfiqlərin ABŞ-la birlikdə hərəkət etməməsini tənqid edərək bildirib: “Anladıq ki, bəzi müttəfiqlər bu qarşıdurmada iştirak etmədi. Bizim onlara ehtiyacımız yox idi, amma ehtiyac olsaydı belə, onlar yenə də iştirak etməzdi və bu onlar üçün çox baha başa gələcək.”

Tramp əlavə edib: “İranı güc və sərtliklə hədəf aldıq. Bu addımı dünyanın hörməti ilə etdik, bir çox müttəfiqlərə kömək etdik və bəzi digər müttəfiqlər barədə də nəticə çıxardıq.”

ABŞ prezidenti NATO-nu da birbaşa tənqid edərək bildirib ki, bu alyans İranla qarşıdurmada ABŞ-ın yanında olmayıb və vurğulayıb: “NATO bizim yanımızda olmayanda, bizim də onun yanında olmağımıza ehtiyac yoxdur.”

O, NATO-nu “böyük səhv” etməkdə ittiham edərək deyib ki, alyans nə bu qarşıdurmada iştirak edib, nə də az miqdarda hərbi texnika göndərməyə və ya ABŞ-ın İrana qarşı addımlarını dəstəkləməyə hazır olub.

Tramp ABŞ-ın NATO üçün çəkdiyi xərclərə də toxunaraq bildirib: “ABŞ hər il NATO-nun qorunması üçün yüz milyonlarla dollar xərcləyib və həmişə üzvlərinin yanında olub. Amma bu alyansın son davranışını nəzərə alsaq, bu səviyyədə dəstəyin davam etməsinə artıq ehtiyac qalmaya bilər.”

ABŞ prezidenti həmçinin müharibənin nəticələri barədə deyib: “Bu müharibə ABŞ üçün böyük xərclər yaradacaq. Mən bunu çox riskli hesab etmirdim, amma müharibə hər zaman risk daşıyır.”

 

Gunaz TV
R.G


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar