SON XƏBƏRLƏR

İranlı deputat Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasını təklif edir

2026.03.30, 11:33
İranlı deputat Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasını təklif edir

Əlaəddin Burujerdi İran dövlət televiziyasına açıqlamasında İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasını təklif edib.

Gunaz.tv

Burujerdi bildirib ki, Tehrandakı mühafizəkar qrup  uzun müddətdir belə bir addımın atılmasını gündəmə gətirirlər.

“Niyə biz bu məhdudiyyətləri qəbul etməliyik?” – deyə o bildirib. “Biz onsuz da nüvə silahı əldə etməyə çalışmırıq. Amma belə görünür ki, biz oyunun qaydalarına riayət etməliyik, onlar isə bizi bombalayırlar.”

Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədi daşıyan mühüm beynəlxalq razılaşmadır. Bu sənədə qoşulan ölkələr nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşır, həmçinin proqramlarının düzgün bəyan edildiyini yoxlamaq üçün Beynəlxalq Atom Enerjisi Agentlıiyi müfəttişlərinə yoxlamalar aparmağa icazə verirlər.

Bildirilir ki, İran son illərdə BAEA müfəttişlərinin yoxlamalarını məhdudlaşdırıb və iyun ayında Amerika tərəfindən bombalanmış üç uran zənginləşdirmə obyektinə onların daxil olmasına icazə verməyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar