SON XƏBƏRLƏR

Daha bir yüksək vəzifəli öldürüldü

2026.03.31, 20:45
Daha bir yüksək vəzifəli öldürüldü

SEPAH-ın yüksək rütbəli hərbi müşaviri hava hücumlarında öldürüldü.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, SEPAH çərşənbə axşamı, 31 mart tarixində təsdiqləyib: «Silahlı qüvvələrin Baş Qərargah rəisinin müşaviri, general-mayor Cəmşid İshaqi ABŞ və İsrailin hava hücumlarında öldürülüb.»

Məlumata əsasən, İshaqi bu hücumlarda ailə üzvlərindən bir neçəsi ilə birlikdə öldürülüb.

Eyni zamanda, SEPAH-ın baş komandanı Əhməd Vəhidi yayımladığı mesajda Cəmşid İshaqinin ölümünü başsağlığı ilə qeyd edib, lakin hadisənin vaxtı və detalları barədə əlavə məlumat verməyib.

Həmçinin bildirilib ki, İshaqinin dəfn mərasimi sabah Tehranda keçiriləcək. Bu mərasim ötən həftə İsrail hücumu nəticəsində öldürülən SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsiri ilə birlikdə təşkil olunacaq.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, Cəmşid İshaqi 2025-ci ilin fevral ayında «İran neftinin milyonlarla barelinin yüz milyonlarla dollar dəyərində Çinə ötürülməsini təmin edən beynəlxalq şəbəkədə iştirak» səbəbilə sanksiyaya məruz qalıb.

ABŞ rəsmilərinin bildirdiyinə görə, bu fəaliyyətlərdən əldə olunan gəlirlər bölgədə silahlı qrupların, o cümlədən Qəzzada HƏMAS, Yəməndə husilər və Livanda Hizbullahın maliyyələşdirilməsi üçün istifadə olunur.

ABŞ Maliyyə Nazirliyi həmçinin qeyd edib: «İshaqi əvvəllər “Sepehr Energy” adlı örtük şirkətdə fəaliyyət göstərib və SEPAH ilə koordinasiyada İran neftinin Çinə satışında rol oynayıb.»

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar