SON XƏBƏRLƏR

Bir SEPAH üzvünün meyiti 32 gün sonra müəyyənləşdirildi

2026.04.03, 01:42
Bir SEPAH üzvünün meyiti 32 gün sonra müəyyənləşdirildi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran hakimiyyətinin daxili media orqanları SEPAH-ın Baş Komandanlığının yoxlama bölməsinin rəisi Möhsen Nəcəfinin meyitinin 32 gün sonra tanındığını açıqlayıb.

Məlumata əsasən, Nəcəfi 28 Favral tarixində ABŞ və İsrailin Tehranda yerləşən Əli Xameneinin ofisinə endirdiyi hava hücumu zamanı öldürülüb; həmin hücumda SEPAH-ın baş komandanı Məhəmməd Pakpur da həyatını itirib.

Daxili media bildirir ki, Nəcəfinin cəsədi ağır şəkildə parçalanıb və o qədər zədələnib ki, vizual olaraq tanınması mümkün olmayıb. Nəticədə 32 gün sonra onun şəxsiyyəti ayaq topuğundan götürülmüş DNT nümunəsi ilə təsdiqlənib.

Bununla bağlı qeyd olunur ki, ondan demək olar heç nə qalmadığı halda, dəfn mərasimi 1 Aprel tarixində Məşhəd şəhərində keçirilib və bu məlumat SEPAH-ın quru qoşunlarının Səman əl-Əimmə qərargahının ictimaiyyətlə əlaqələr məsulu tərəfindən təsdiqlənib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar