SON XƏBƏRLƏR

Tehranın müxtəlif rayonlarında və ətraf şəhərlərdə güclü partlayışlar baş verib

2026.04.04, 08:49
Tehranın müxtəlif rayonlarında və ətraf şəhərlərdə güclü partlayışlar baş verib

Şənbə günü səhər tezdən Tehran və ətraf ərazilərdə çoxsaylı partlayışlar qeydə alınıb.

Gunaz.tv

Paytaxtda Cənnətabad, Pünək, Şahran, Şahrək-e Azadi, Tehranpars və Ekbatan kimi qərb rayonlarında yaşayan sakinlər yerli vaxtla 02:24–02:26 arasında bir və ya iki güclü partlayış səsi eşitdiklərini bildiriblər. Bəziləri evlərinin silkələndiyini qeyd edib.

Şəhərin cənub hissələrindən – o cümlədən 19-cu rayon, Mehrabad, Şahrək-e Rahahan, Eslamşəhr və Şəhr-e Reydən də oxşar məlumatlar daxil olub. Bəzi sakinlər elektrik kəsintiləri baş verdiyini və zərbə dalğaları hiss etdiklərini bildiriblər.

Rəbat Kərimdə saat 02:26 radələrində iki-üç güclü partlayış qeydə alınıb. Bundan əvvəl isə saat 00:16-da Niyavəranda partlayışlar baş verdiyi bildirilib.

Qonşu Əlborz vilayətində isə Kərəc, Gölşəhr, Mehrşəhr, Cahanşəhr, Fərdis, Gərmdərə və Kordan bölgələrində yaşayan sakinlər cümə gecəsindən şənbə səhərinə qədər partlayış səsləri, bəzi ərazilərdə isə döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini eşitdiklərini bildiriblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar