SON XƏBƏRLƏR

İran ABŞ və İsrailə qarşı Şimali Koreya raket texnologiyasından istifadə edir

2026.04.05, 13:10
İran ABŞ və İsrailə qarşı Şimali Koreya raket texnologiyasından istifadə edir

İranın ABŞ və İsrail hədəflərinə qarşı istifadə etdiyi bəzi raketlər ya Şimali Koreyaya məxsus sistemlərdir, ya da onların dizaynına əsaslanır.

Gunaz.tv

Bunu "Fox News"a raket mütəxəssisi Brus Beçtol bildirib.

O qeyd edib ki, Diego Qarsiyaya atılan raket Musudan raketi olub və İran bu raketlərdən 2005-ci ildə 19 ədəd alıb.

Beçtol həmçinin İranın Şahab-3 raketini Şimali Koreyanın "No Dong" raketinin “demək olar ki, tam kopyası” adlandırıb.

Ekspert əlavə edib ki, Şimali Koreya İranın Qiam, EmadQədr kimi raketlərinin inkişafına kömək edib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar