SON XƏBƏRLƏR

Mustafa Taczadə: “Şərəfli razılaşma üçün yol açılmalıdır”

2026.04.05, 17:09
Mustafa Taczadə: “Şərəfli razılaşma üçün yol açılmalıdır”

Gunaz.tv

“Gunaz TV”nin məlumatına görə, Evin həbsxanasında saxlanılan siyasi məhbus Mustafa Taczadə müharibəyə toxunduğu məktubunda yazıb: “İran tərəfi öz payına düşəni etməli, vəziyyəti sıfır və ya bir kimi dəyərləndirməkdən çəkinərək ölkəmizin dağıdılmasının qarşısını almalıdır.”

O, davamında vurğulayıb: “İran tərəfi xalqın əksəriyyətinin demokratik tələblərini qəbul etməklə və nüvə fəaliyyəti ilə bağlı beynəlxalq narahatlıqları aradan qaldırmaqla şərəfli razılaşma üçün yol açmalıdır.”

Taczadə həmçinin ABŞ prezidenti Donald Trampa müraciət edərək yazıb: “İranı dağıtmaq və cəhənnəmə çevirmək cəhdləri bu müharibəni tamamilə fəlakətli bir savaşa çevirəcək, bölgəni alova bürüyəcək və yenidən anti-Amerika hisslərini gücləndirəcək.”

O, əlavə edib: “Müharibəni mümkün qədər tez dayandırın ki, daha böyük itkilərin və dağıntıların qarşısı alınsın.”

Mustafa Taczadə, İranda islahatçı düşərgənin tanınmış simalarından biridir. O, tənqidi mövqelərinə görə daha əvvəl də həbs olunub və 2022-ci ilin iyul ayında yenidən saxlanılaraq hazırda Evin həbsxanasında qalır. Onun həbs şəraiti ilə bağlı məhdudiyyətlər və təhlükəsizlik təzyiqləri barədə məlumatlar yayılıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar