SON XƏBƏRLƏR

İranda İsrail və ABŞ-la əməkdaşlıqda ittiham olunan 85 nəfər tutulub

2026.04.07, 13:10
İranda İsrail və ABŞ-la əməkdaşlıqda ittiham olunan 85 nəfər tutulub

İranda İsrail və ABŞ-la əməkdaşlıqda ittiham olunan 85 nəfər tutulub.

Gunaz.tv

Bu barədə İran Polis Qüvvələrinin Baş komandanı Əhməd Rza Radan bildirib.

Onun sözlərinə görə, İranın 25 əyalətində İsrail və ABŞ-la əməkdaşlıqda ittiham olunan 85 nəfər tutulub.

Radan jurnalistlərə açıqlamasında deyib ki, şübhəli şəxslərdə elektron avadanlıqlar, “Starlink” cihazları, silah-sursat aşkar edilərək götürülüb.

İran Polis Qüvvələrinin Baş komandanı qeyd edib ki, saxlanılanlar düşmənə əməliyyatlarını asanlaşdırmaq məqsədilə infrastruktur obyektlərinin, keçid məntəqələrinin və təhlükəsizlik qüvvələrinin yerlərinə dair məlumatlar göndəriblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar