SON XƏBƏRLƏR

İran bildirir ki, Livanda tam atəşkəs əldə olunana qədər Hörmüz boğazı bağlı qalacaq

2026.04.09, 21:43
İran bildirir ki, Livanda tam atəşkəs əldə olunana qədər Hörmüz boğazı bağlı qalacaq

SEPAH-a bağlı Fars Xəbər Agentliyinin məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, İran İslam Respublikası Vaşinqtonla danışıqları istisna edir və Livanda tam atəşkəs əldə olunana qədər Hörmüz boğazını bağlı saxlayacaq.

Gunaz.tv

Mənbənin sözlərinə görə, “operativ variantlardan biri Hörmüz boğazının bağlı saxlanılmasıdır. Məlumatlara və sahə müşahidələrinə əsasən, bu səhərdən etibarən bu strateji dəniz yolu bağlı qalır və Livanla tam atəşkəs əldə olunana qədər bu vəziyyət davam edəcək.”

İranla müharibənin başlanmasından sonra Hörmüz boğazından keçən gəmi trafiki əhəmiyyətli dərəcədə azalıb. "MarineTraffic"in məlumatına görə, aprelin 7-də boğazdan cəmi beş gəmi keçib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar