SON XƏBƏRLƏR

Xamenei üçün “ziyarətgah” planlaşdırır

2026.04.10, 06:32
Xamenei üçün “ziyarətgah” planlaşdırır

Pənahiyan: Xameneinin evi “ziyarətgah” və “qətl yeri” olsun!

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, Əli Xameneinin ofisinə yaxın çıxışları ilə tanınan Əlirza Pənahiyan onun ölümünün qırxıncı mərasimində “Rəhbərlik evi” kimi tanınan ərazinin inzibati məkan kimi istifadədən çıxarılaraq “ziyarətgah”a çevrilməsini istəyib.

O, çıxışı zamanı bu ərazinin son hücumlarda dağıldığını qeyd edərək deyib: «Hörmətli məsul şəxslər, artıq bu məkanı inzibati mühitə çevirməyin. Oranı bir ziyarətgaha çevirin. Adı da gözəl “qətl yeri” olsun. İnsanlar orada ziyarət etsinlər.»

Bu açıqlamalar həmin kompleksin ABŞ və İsrailin hücumları nəticəsində bombalanmasından sonra səsləndirilib.

Pənahiyanın bu sözləri sosial şəbəkələrdə sərt reaksiyalarla qarşılanıb və bir çoxları bunu hakimiyyətin ideoloji hekayələr qurmaq və son böhranlardan təbliğat məqsədilə istifadə etmək cəhdi kimi qiymətləndirib. Tənqidçilər bildirirlər ki, insanlar ağır iqtisadi və təhlükəsizlik təzyiqləri altında olduğu bir vaxtda bu cür təkliflər hakimiyyətin cəmiyyətin reallıqlarından nə qədər uzaq olduğunu göstərir.


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar