SON XƏBƏRLƏR

Hörmüz boğazı ABŞ və İsrail üçün əbədi olaraq bağlı olacaq - Əzizi

2026.04.10, 12:59
Hörmüz boğazı ABŞ və İsrail üçün əbədi olaraq bağlı olacaq - Əzizi

ABŞ və İsrailə məxsus və ya onlarla əlaqəli olan hər hansı bir neft tankerinin Hörmüz boğazından keçməsi əbədi olaraq qadağan ediləcək.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi deyib.

“Mənşəyi və təyinat yeri İsrail olan bütün gəmilərin keçidi də qadağandır”,- o əlavə edib.

Əzizi, bu qadağa İranın proksi qüvvələrinə qarşı tədbir görən ölkələri də əhatə edəcəyini bildirib.

Komissiya sədri əlavə edib ki, layihədə gəmilərdən keçid haqqının alınması da nəzərdə tutulur və bu ödənişin İranın milli valyutası ilə edilməsi planlaşdırılır.

Bununla eyni vaxtda, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə "Əl-Cəzirə"yə verdiyi müsahibədə Hörmüz boğazının açıq olduğunu və Amerika gəmilərinin "düşmənçilik etmədikləri müddətcə" oradan keçə biləcəyini söyləyib:

"Hörmüz boğazı açıqdır, lakin texniki məhdudiyyətlərə görə gəmilər İran qüvvələri ilə koordinasiya etməlidir".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar