SON XƏBƏRLƏR

Danışıqlar Hörmüz boğazı məsələsinə görə dalana dirənib

2026.04.11, 22:19
Danışıqlar Hörmüz boğazı məsələsinə görə dalana dirənib

SEPAH-a bağlı "Tasnim"in məlumatına görə, İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlar mümkün çərçivə üzrə layihə mətnlərinin mübadiləsi mərhələsinə çatdıqdan sonra Hörmüz boğazı ilə bağlı “böyük” mübahisə səbəbilə dalana dirənib.

Gunaz.tv

Məlumatda bildirilir ki, İslamabadda İran və ABŞ nümayəndələri arasında ekspert səviyyəsində keçirilən üzbəüz görüşlərdən sonra tərəflər danışıqlar üçün ortaq çərçivə əldə etmək məqsədilə layihə mətnlərini mübadilə mərhələsinə keçmişdi. Lakin Hörmüz boğazı ilə bağlı anlaşmazlıqlar irəliləyişi əngəlləyib.

Xəbərdə qeyd olunur ki, Hörmüz boğazı ciddi fikir ayrılıqlarına səbəb olan əsas məsələlərdən biridir və bu istiqamətdə məsləhətləşmələr davam edir.

 

C

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar