SON XƏBƏRLƏR

21 saatlıq danışıqlar dalana dirəndi; ABŞ heyəti geri qayıdır

2026.04.12, 05:41
21 saatlıq danışıqlar dalana dirəndi; ABŞ heyəti geri qayıdır

Vance: İran razılaşmadı | ABŞ masadan qalxdı!

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın vitse-prezidenti “JD Vance” bildirib ki, İslamabadda İranla 21 saat davam edən danışıqlardan sonra ABŞ nümayəndə heyəti razılaşma əldə etmədən Vaşinqtona qayıdır.

Vance qeyd edib ki, Vaşinqton “son təklif”ini təqdim edib və Tehrandan nüvə silahına doğru irəliləməmək barədə açıq və uzunmüddətli öhdəlik tələb edib. Onun sözlərinə görə, İran bu cür təminatı təqdim etməyib.

O, Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirərək bildirib ki, İslamabad tərəflər arasında uçurumu azaltmağa çalışıb və bir neçə “ciddi və məzmunlu” görüş keçirilib.

ABŞ rəsmisi vurğulayıb ki, bütün bu səylərə baxmayaraq, razılaşma əldə olunmayıb və bu nəticə “İran üçün ABŞ-dan daha mənfi” olacaq.

Vance əlavə edib ki, ABŞ heyəti İslamabadı “çox aydın” və konkret çərçivəyə malik, Vaşinqtonun ən yaxşı və son təklifi kimi təqdim etdiyi planla tərk edir.

Bu vəziyyət İranın nüvə proqramı ilə bağlı əsas fikir ayrılıqlarının qalması və Tehranın tələb olunan təminatı verməməsi səbəbindən danışıqların çıxılmaz vəziyyətə düşdüyünü göstərir.


Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar