SON XƏBƏRLƏR

Fox News-da yayımlanan mətbuat konfransında Vensin çıxışından video

2026.04.12, 06:36
Fox News-da yayımlanan mətbuat konfransında Vensin çıxışından video

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın vitse-prezidenti “JD Vance” bu gün (bazar, 12 aprel 2026) Pakistanda İranla 21 saat davam edən intensiv danışıqlardan sonra keçirilən mətbuat konfransında tərəflərin heç bir razılığa gəlmədiyini bildirib.

Vens Fox News-da yayımlanan bu mətbuat konfransında əvvəlcə Pakistanın baş naziri və feldmarşal Munerə qonaqpərvərliyə və mövqeləri yaxınlaşdırmaq səylərinə görə təşəkkür edib və deyib:

“Hər hansı çatışmazlıqlar danışıqlarda olubsa, bu, pakistanlıların günahı deyil; onlar çox yaxşı iş gördülər və həqiqətən çalışdılar ki, biz və iranlılar razılığa gələk.”
“Pis xəbər odur ki, biz razılığa gəlmədik və düşünürəm ki, bu xəbər İran üçün ABŞ-dan daha pisdir.”
“ABŞ öz qırmızı xətlərini açıq şəkildə bildirib və eyni zamanda çevik olub. Biz çox aydın dedik ki, hansı məsələlərdə güzəştə gedirik və hansılarda yox... amma onlar bizim şərtləri qəbul etmədilər.”
“Bizə açıq öhdəlik lazımdır ki, İran nüvə silahı əldə etməyə çalışmasın və ona sürətlə çatmağa imkan verən vasitələri əldə etməsin. Bu, ABŞ prezidentinin əsas məqsədidir.”
“İranın nüvə zənginləşdirmə obyektləri məhv edilib, lakin biz iranlılardan əsaslı və uzunmüddətli öhdəlik gözləyirik; təkcə bu gün və ya iki il üçün deyil, həmişəlik. Hələ belə bir öhdəlik görməmişik.”
“Təbii ki, biz daim prezidentlə əlaqədə idik... son 21 saat ərzində onunla təxminən 6, hətta 12 dəfə danışmışıq. Həmçinin milli təhlükəsizlik komandasının tam tərkibi ilə, o cümlədən admiral Cooper, Pit, Marko və Skott ilə əlaqə saxlamışıq. Biz tam xoş niyyətlə danışıqlar apardıq və indi çox sadə bir təklif və qarşılıqlı anlaşma üsulu ilə buradan çıxırıq; bu, bizim son və ən yaxşı təklifimizdir. Görək iranlılar bunu qəbul edəcəklər, ya yox.”

Bu video Fox News tərəfindən yayımlanıb və Vaşinqton–Tehran arasında yeni nüvə danışıqları ilə bağlı canlı xəbər yayımının bir hissəsi kimi təqdim edilib.

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar