SON XƏBƏRLƏR

Tramp: İran nüvə proqramından geri çəkilmədi

2026.04.12, 19:55
Tramp: İran nüvə proqramından geri çəkilmədi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti “Donald Trump” yaydığı mesajda bildirib ki, İran verdiyi vədə baxmayaraq Hörmüz boğazını açmayıb və nüvə proqramından imtina etməkdən hələ də boyun qaçırır.

ABŞ prezidenti İslamabadda keçirilən danışıqların detalları barədə də danışaraq qeyd edib ki, bu görüşlər Pakistan rəsmilərinin iştirakı və rəhbərliyi ilə baş tutub. O, “Asim Munir” və “Şahbaz Şərif”ə bu prosesdə oynadıqları rola görə təşəkkür edib.

Tramp danışıqların uzun sürdüyünü vurğulayaraq deyib: “Bu görüş səhər başladı və təxminən 20 saat davam etdi. Bəzi razılaşmalar haqqında danışmaq olar, amma əsas məsələ odur ki, İran nüvə ambisiyalarından əl çəkmək istəmir.”

O əlavə edib: “Razılaşdırılmış bəzi məqamlar hərbi əməliyyatların davam etməsindən daha yaxşı ola bilər, amma onların heç biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq qədər vacib deyil.”

Tramp həmçinin bildirib ki, ABŞ nümayəndələri danışıqlar zamanı İran tərəfi, o cümlədən Məhəmmədbaqer Qalibaf, Abbas Əraqçi və Əli Baqeri ilə təmasda olublar, lakin əsas məsələ üzrə qarşı tərəf heç bir güzəştə getməyib.

O, sonda mövqeyini bir daha təkrarlayaraq yazıb: “Dəfələrlə dediyim kimi, İran heç vaxt nüvə silahına sahib olmayacaq.”

 

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar