SON XƏBƏRLƏR

Xatəmül-Ənbiya: İran Hörmüzə nəzarət üçün daimi mexanizm tətbiq edəcək

2026.04.13, 12:48
Xatəmül-Ənbiya: İran Hörmüzə nəzarət üçün daimi mexanizm tətbiq edəcək

“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahıbildirib ki, ABŞ-ın İran gəmilərinə qarşı tətbiq etdiyi məhdudiyyətlər qanunsuzdur.

Gunaz.tv

Qərargah, həmçinin Vaşinqtonun blokada təhdidlərindən sonra Tehranın Hörmüz boğazına nəzarət üçün daimi mexanizm tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Qərargahın sözçüsü qeyd edib ki, “İslam Respublikasının körfəzdəki və Oman dənizindəki limanlarının təhlükəsizliyi təhdid olunarsa, bu bölgədə heç bir liman təhlükəsizlikdə qalmayacaq.”

O əlavə edib ki, müharibə başa çatdıqdan sonra İran Hörmüz boğazına nəzarət üçün davamlı və uzunmüddətli mexanizm tətbiq edəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar