SON XƏBƏRLƏR

Çin İrana silah tədarükü ilə bağlı iddiaları rədd edir

2026.04.14, 11:58
Çin İrana silah tədarükü ilə bağlı iddiaları rədd edir

Çin İrana silah göndərdiyi ilə bağlı xəbərləri təkzib edərək bu iddiaların “tamamilə uydurma” olduğunu bildirib.

Gunaz.tv

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Quo Tsyakun deyib.

Onun açıqlaması bəzi xəbərlərdə Çinin İrana hərbi avadanlıq təqdim etdiyi iddialarından sonra səsləndirilib.

Daha öncə CNN ABŞ kəşfiyyatına istinadən xəbər vermişdi ki, Pekin yaxın həftələr ərzində İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır.

Quo bildirib ki, Çin hərbi ixrac məsələsində həmişə ehtiyatlı və məsuliyyətli yanaşma sərgiləyib və bu sahədə daxili qanunvericilik və beynəlxalq öhdəliklərə əsaslanan ciddi nəzarət mexanizmləri tətbiq edir.

“Əsassız ittihamları və qərəzli əlaqələndirmələri rədd edirik,” – deyə o mətbuat konfransında vurğulayıb.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar