SON XƏBƏRLƏR

İsrail ordusunun baş qərargah rəisi Livan və İran üzrə yeni döyüş planlarını təsdiqlədiyini deyib

2026.04.15, 20:22
İsrail ordusunun baş qərargah rəisi Livan və İran üzrə yeni döyüş planlarını təsdiqlədiyini deyib

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib ki, ordu yüksək hazırlıq vəziyyətindədir və Livanla İran istiqamətlərində əməliyyatların davamı üçün yeni planları təsdiqlənib.

Gunaz.tv

İsrail ordusunun yaydığı məlumata görə, Zamir Cənubi Livanda hərbçilərlə görüşü zamanı deyib: “Dünən Baş Qərargah Forumu ilə birlikdə gələcək planları təsdiqlədim. Biz həm Livanda, həm də İranda vəziyyəti davamlı şəkildə qiymətləndirir və müvafiq planları təsdiqləyirik.”

O əlavə edib ki, ABŞ ordusu ilə birgə həyata keçirilən əməliyyat çərçivəsində “İranın terror rejiminə ciddi zərbə vurulub, onun müdafiə imkanları əlindən alınıb və zəiflədilib.”

“İndi isə onların nüvə məsələsində, Hörmüzdə və gündəmdə olan digər məsələlərdə hər hansı nailiyyət əldə etməsinə imkan verməməliyik,” – deyə Zamir vurğulayıb.

Zamir həmçinin bildirib ki, Hərbi Hava Qüvvələrinin təyyarələri silahlandırılıb və hədəflər sistemlərə yüklənib: “Biz istənilən an güclü zərbə endirməyi bacarırıq.”

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar