SON XƏBƏRLƏR

SEPAH İranda casusluq ittihamı ilə 120-dən çox şəxsi saxlayıb

2026.04.18, 12:25
SEPAH İranda casusluq ittihamı ilə 120-dən çox şəxsi saxlayıb

SEPAH ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli olduqları iddia edilən 120-dən çox şəxsi saxlayıb.

Gunaz.tv

Saxlanılan şəxslər “düşmənin hərbi hücumu üçün zəmin hazırlamaqda” ittiham olunurlar.

Bildirilir ki, İranın şimal-şərqində yeddi nəfər həssas obyektlərin koordinatlarını mərkəzlərinə ötürməkdə şübhəli bilinərək saxlanılıb.

Bundan əlavə, Mazandaran vilayətində 69 nəfər tutulub, Kerman vilayətində isə üç “casus şəbəkəsi” daxil olmaqla, daha 51 nəfər həbs edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar