SON XƏBƏRLƏR

Hörmüzda SEPAH-ın atəşi təsdiqləndi

2026.04.18, 22:14
Hörmüzda SEPAH-ın atəşi təsdiqləndi

Ekipaj üzvlərindən biri belə qışqırıb: “ SEPAH-ın dəniz qüvvələri! Siz mənə keçid icazəsi verdiniz... indi isə atəş açırsınız! Qoyun geri dönüm! ”

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, TankerTrackers, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı və Reuters-in rəsmi hesabatları SEPAH-ın dəniz qüvvələrinin bu gün Hörmüz boğazında bir neçə ticarət gəmisini hədəfə aldığını təsdiqləyir.

Məlumata əsasən, TankerTrackers bildirib ki, Hindistan bayrağı altında üzən iki gəmi, o cümlədən təxminən 2 milyon barel İraq nefti daşıyan “Sanmar Herald” adlı VLCC supertanker atəşə tutulub. VHF kanal 16 üzərindən yazılmış audio qeyddə ekipaj üzvlərindən biri belə qışqırıb: “ SEPAH-ın dəniz qüvvələri! Siz mənə keçid icazəsi verdiniz... indi isə atəş açırsınız! Qoyun geri dönüm! ”

Bu qurum vurğulayıb: “ Atəş davam edirdi. ” və hər iki gəmi marşrutunu dəyişərək qərb istiqamətinə geri çəkilməyə məcbur olub.

Eyni zamanda, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı üç ayrı hesabatda bildirib ki, bir neft tankeri Omanın şimal-şərqindən 20 dəniz mili məsafədə SEPAH-ın iki sürətli qayığı tərəfindən heç bir radio xəbərdarlığı olmadan “ atəşə tutulub ”, lakin gəmi və ekipaj zərər görməyib.

Bundan əlavə, Omanın şimal-şərqindən 25 dəniz mili məsafədə bir konteyner gəmisi “ naməlum mərmi ”nin dəyməsi nəticəsində zədələnib və bəzi konteynerlərə ziyan dəyib, lakin yanğın baş verməyib.

 

Günaz TV
R.G

 

SEPAH Hörmüz boğazında iki gəmiyə atəş açıb

2026.04.18, 15:49

SEPAH Hörmüz boğazında iki gəmiyə atəş açıb

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar