SON XƏBƏRLƏR

Oman yaxınlığında kruiz gəmisi də hücum hədəfi oldu

2026.04.18, 22:23
Oman yaxınlığında kruiz gəmisi də hücum hədəfi oldu

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı bildirib ki, Oman sahillərinin şərqindən üç dəniz mili məsafədə bir kruiz gəmisi Hörmüz boğazında artan gərginlik fonunda şübhəli hücumla üzləşib.

Məlumata əsasən, gəminin ekipajı əməliyyat mərkəzinə məlumat verərək bildirib ki, “bir obyekt suya düşüb və gəminin yaxınlığında splash müşahidə olunub”; bu hadisə gəminin hərəkət marşrutuna yaxın ərazidə baş verib və dəniz təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Bu hadisə SEPAH qüvvələrinin eyni bölgədə ticarət gəmilərinə atəş açması ilə bağlı çoxsaylı məlumatların yayıldığı bir vaxtda baş verib və dənizdə gərginliyin görünməmiş səviyyəyə çatdığını göstərir.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı bu hadisədən sonra bütün gəmilərə xəbərdarlıq edərək “hər hansı şübhəli fəaliyyəti dərhal bildirməyi” tövsiyə edib; bu isə Hörmüzə yaxın sularda təhlükəli vəziyyətin davam etdiyini göstərir.

Hadisə nəticəsində kruiz gəmisində hər hansı zərər və ya insan tələfatı barədə rəsmi məlumat verilməsə də, bu insidentin son hücumların davamı kimi baş verməsi SEPAH-ın beynəlxalq sularda riskli əməliyyatlarının genişləndiyini göstərir.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar