SON XƏBƏRLƏR

Tramp: İran danışıqlarda iştirak etməsə, əvvəllər qarşılaşmadığı problemlərlə üzləşəcək

2026.04.21, 11:03
Tramp: İran danışıqlarda iştirak etməsə, əvvəllər qarşılaşmadığı problemlərlə üzləşəcək

Ağ Ev rəhbəri Donald Tramp İranın ABŞ ilə danışıqlarda iştirak etməyə davam edəcəyinə inanır.

Gunaz.tv

O, aprelin 20-də radio aparıcısı Con Frederiksə verdiyi müsahibədə İranın nüvə proqramı barədə danışarkən belə deyib.

"Onlar danışıqlarda iştirak edəcəklər. Əgər iştirak etməsələr, əvvəllər qarşılaşmadıqları problemlərlə üzləşəcəklər. Ümid edirəm ki, onlar ədalətli bir razılaşma əldə edəcəklər və ölkəni yenidən quracaqlar", - deyə Ağ Ev rəhbəri əlavə edib.

Bundan başqa, Donald Tramp müsahibə zamanı İranın heç bir zaman nüvə silahı olmayacağını da vurğulayıb. Tramp bildirib ki, ABŞ tezliklə İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə zəmanət verəcək.

"Bu baş verəcək və düşünürəm ki, çox tez baş verəcək. Onların nüvə silahı olmayacaq və biz buna icazə verməyəcəyik", - deyə o bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar