SON XƏBƏRLƏR

Əmir Səid İrəvani: Hörmüz boğazının blokadası aradan qaldırılsa, danışıqlara hazırıq

2026.04.22, 11:02
Əmir Səid İrəvani: Hörmüz boğazının blokadası aradan qaldırılsa, danışıqlara hazırıq

Tehran Birləşmiş Ştatların Hörmüz boğazının blokdasını aradan qaldıracağı təqdirdə danışıqlara hazırdır.

Gunaz.tv

Bunu ölkənin BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani bəyan edib.

"ABŞ danışıqların yeni raundu başlamazdan əvvəl atəşkəs rejimini pozmağa son qoymalıdır. Blokada aradan qaldırılan kimi, İslamabadda növbəti raund keçiriləcək", - o deyib.

İrəvani vurğulayıb ki, İran hadisələrin istənilən ssenari üzrə inkişafına hazırdır. "Hərbi təcavüzü biz başlatmamışıq. Əgər onlar siyasi həll yolu axtarırlarsa - biz hazırıq. Əgər müharibə istəyirlərsə, İran buna da hazırdır", - o qeyd edib.
 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar