SON XƏBƏRLƏR

SEPAH Hörmüz boğazında iki gəmini ələ keçirdiyini bildirir

2026.04.22, 14:33
SEPAH Hörmüz boğazında iki gəmini ələ keçirdiyini bildirir

Hörmüz boğazından keçməyə çalışan iki gəmi SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və İran sahillərinə gətirilib.

Gunaz.tv

İran mediasının xəbərinə görə, bu barədə SEPAH bəyanat yayıb.

Yayılan bəyanatda bildirilib ki, MSC Francesca və Epaminodes adlı gəmilər dəniz qaydalarını pozub və izləmə sistemlərini manipulyasiya edərək gəmiçilik təhlükəsizliyini riskə atıb.

Qeyd olunub ki, gəmilər saxlanılaraq İran sahillərinə müşayiət olunub. Bəyanatda həmçinin vurğulanıb ki, Hörmüz boğazında təhlükəsizliyin pozulması “qırmızı xətt” hesab olunur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar