SON XƏBƏRLƏR

Neftin qiyməti ucuzlaşmayacaq- Hüseyni

2026.04.27, 17:16
Neftin qiyməti ucuzlaşmayacaq- Hüseyni

Hörmüz boğazı açılsa da, neftin qiyməti 80 dollardan aşağı düşməyəcək.

Gunaz.tv

Bunu İran Neft Məhsulları İxracatçıları Birliyinin sözçüsü Seyyid Həmid Hüseyni deyib.

"Neftin real qiyməti baza dərəcəsindən yüksəkdir və İran-ABŞ danışıqları, dəniz blokadası və Hörmüz boğazındakı vəziyyət kimi siyasi hadisələrin təsiri altında dəyişir",- o bildirib.

Hüseyni, məhdudiyyətlərin davam edəcəyi təqdirdə neftin qiymətinin 150 dolları da keçəcəyini söyləyib:

"Hətta müharibənin sonu və marşrutların yenidən açılması ilə belə, normal vəziyyətə qayıtmaq üçün vaxt lazım olacaq və qiymətlərin 80 dollardan aşağı düşməsi ehtimalı azdır".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar