SON XƏBƏRLƏR

İrana iqtisadi təzyiq artırıldı — İsrail yeni müharibəyə hazırdır

2026.04.29, 23:00
İrana iqtisadi təzyiq artırıldı — İsrail yeni müharibəyə hazırdır

Gunaz.tv

İrana qarşı iqtisadi təzyiqlər gücləndiyi bir vaxtda bölgədə yeni müharibə ehtimalı daha da artıb.

Gunaz.tv-nin məlumatına görə, Donald Tramp administrasiyası maksimum təzyiq siyasəti çərçivəsində İran limanlarına tətbiq olunan blokadanın uzadılmasını nəzərdən keçirir; məqsəd Tehranın yeni razılaşmaya məcbur edilməsi və nüvə proqramının dayandırılmasıdır.

“Wall Street Journal”ın məlumatına əsasən, bu blokada artıq 16-cı gününə daxil olub və Vaşinqton bunu birbaşa hərbi toqquşmadan daha az riskli vasitə kimi qiymətləndirir.

Tramp sosial şəbəkədə sərt açıqlama verərək bildirib: “İran işini düzgün görə bilmir. Onlar qeyri-nüvə razılaşması imzalamağı bacarmırlar. Yaxşı olar ki, tez ağıllansınlar.” O, həmçinin “No more Mr. Nice Guy” yazılı paylaşım edərək sərt kursun davam edəcəyini göstərib.

Eyni zamanda, İran iqtisadiyyatının ağır vəziyyətdə olduğu bildirilir. Mənbələrə görə, İran rəhbərliyi etiraf edib ki, ölkə iqtisadiyyatı bu blokadaya yalnız bir neçə həftə davam gətirə bilər. Bu müddətdə milyonlarla iş yeri itirilib, əmək bazarının böyük hissəsi dağılma riski ilə üzləşib. Milli valyuta kəskin dəyər itirib, inflyasiya və əsas ərzaq məhsullarının qiymətləri rekord səviyyədə artıb.

Bu arada ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir. Təqaüddə olan general və analitik Jack Keane bildirib: “Onlar öz xalqının əzabına əhəmiyyət vermirlər. Məncə, İsrail və ABŞ qüvvələrinə verilmiş hərbi tapşırıqlar tamamlanmalı və məsələ yekunlaşdırılmalıdır.”

Digər tərəfdən, İsrailin müdafiə naziri ölkənin müharibənin yenidən başlanmasına tam hazır olduğunu və yalnız ABŞ-dan siqnal gözlədiyini açıqlayıb.

Tramp isə son bəyanatında vurğulayıb: “Biz blokadanı davam etdirəcəyik. İranı iqtisadi baxımdan boğmaq istəyirik.”

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar