SON XƏBƏRLƏR

İranda işçilərin maaşı gündəlik “3 dollar”a düşüb

2026.04.30, 20:32
İranda işçilərin maaşı gündəlik “3 dollar”a düşüb

Gunaz.tv

Gunaz TV xəbər verir ki; İran rialının dəyərdən düşməsi və dolların kəskin bahalaşması fonunda ölkədə işçilərin gündəlik minimum maaşı təxminən “3 dollar” səviyyəsinə enib.

Ali Əmək Şurasının qərarına əsasən, ‌bu il üçün aylıq minimum əməkhaqqı 16 milyon 625 min tümən müəyyən edilib. Lakin həftənin əvvəlindən cümə axşamına qədər dolların məzənnəsi 15 faizdən çox artaraq 180 min tümən həddini keçib.

Bu vəziyyət nəticəsində, hətta mövcud şərait dəyişməsə belə, İranda bir işçinin aylıq maaşı təxminən 90 dollar səviyyəsində qalır.

Müqayisə üçün qeyd edək ki, Türkiyədə minimum əməkhaqqı təxminən 730 dollardır ki, bu da İranla qonşu ölkələr arasında ciddi sosial-iqtisadi fərqi göstərir.

Dolların sürətlə bahalaşması və alıcılıq qabiliyyətinin azalması işçilər və aztəminatlı təbəqələr üzərində təzyiqi daha da artıraraq ölkədə yaşayış böhranını dərinləşdirir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar