SON XƏBƏRLƏR

ABŞ-dan İran valyuta mübadilə şəbəkəsinə yeni sanksiya

2026.05.01, 20:17
ABŞ-dan İran valyuta mübadilə şəbəkəsinə yeni sanksiya

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi İranın üç xarici valyuta mübadilə məntəqəsini və onlara bağlı örtük şirkətləri maliyyə axınlarını pozmaq məqsədilə sanksiyalar siyahısına daxil edib.

Nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisi cümə günü yaydığı ayrıca bəyanatda bildirib ki, İran mübadilə məntəqələri hər il milyardlarla dollar həcmində valyuta əməliyyatlarını asanlaşdırır və İranın neft satışını əsasən Çin valyutası yuan ilə həyata keçirdiyini nəzərə alsaq, bu qurumlar neft gəlirlərinin hərbi qüvvələr və hökumətə bağlı şəbəkələr üçün daha uyğun valyutalara çevrilməsində “həyati rol” oynayır.

ABŞ Maliyyə Naziri Skott Bessent bəyanatda İranı “ilan qlobal terrorizmin başı” adlandıraraq deyib: “Donald Trampın göstərişləri çərçivəsində biz İranın hərbi qüvvələrinin maliyyə damarlarını kəsmək üçün qətiyyətlə hərəkət edirik.”

Yeni sanksiyalar siyahısında mübadilə məntəqələrinin, onlara bağlı şirkətlərin və bu şəbəkələrin idarə olunmasında iştirak edən şəxslərin adları yer alıb.

Bu addım Vaşinqtonun Tehrana qarşı maliyyə təzyiqlərini artırması fonunda atılıb. ABŞ Maliyyə Nazirliyi ötən həftə İranla əlaqəli olduğu ehtimal edilən 344 milyon dollar dəyərində kriptovalyutanı da bloklamışdı.

Həmçinin ABŞ ötən həftə İranın “kölgə bankçılığı strukturu”nda rol oynayan 35 qurum və şəxsi sanksiyaya məruz qoymuşdu.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar