SON XƏBƏRLƏR

İran və Pakistan xarici işlər nazirləri telefonda danışdı

2026.05.04, 14:09
İran və Pakistan xarici işlər nazirləri telefonda danışdı

Bu gün səhər saatlarında İİranın xarici işlər naziri Abbas Əraqçi Donald Trampın Hörmüz boğazının iki aylıq bağlanmasına son qoymaq üçün həyata keçircəyi "Azadlıq əməliyyatı" ilə əlaqədar pakistanlı həmkarı İshaq Dara telefonla zəng edib.

Gunaz.tv

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı iki tərəf regiondakı son hadisələri, atəşkəsi və davam edən diplomatik səyləri müzakirə ediblər.

Zəng, İslam Respublikası rəsmilərinin bazar günü axşamı Tehranın son təklifinə ABŞ-ın cavabını aldıqlarını və onu nəzərdən keçirdiklərini elan etmələri ilə əlaqədardır.

Pakistan Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında verdiyi açıqlamada Əraqçinin İslamabadın diplomatik səylərin irəliləməsindəki konstruktiv və davamlı rolunu yüksək qiymətləndirdiyini və iki tərəfin məsləhətləşmələrin davam etdirilməsini və sıx əlaqələrin saxlanılmasını vurğuladığını yazıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar