SON XƏBƏRLƏR

Kanada İranın BƏƏ-yə səbəbsiz hücumlarını pisləyir

2026.05.05, 11:12
Kanada İranın BƏƏ-yə səbəbsiz hücumlarını pisləyir

Kanada İranın Birləşmiş Ərəb Əmirliklərinə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumları pisləyib və bölgədə gərginliyin azaldılması, eləcə də diplomatiyaya qayıdış çağırışını bir daha vurğulayıb.

Gunaz.tv

Kanadanın baş naziri Mark Karni X sosial şəbəkəsində paylaşımında bildirib: “Kanada İranın Birləşmiş Ərəb Əmirliklərinə qarşı səbəbsiz raket və dron hücumlarını qətiyyətlə pisləyir.”

Karni qeyd edib ki, Kanada BƏƏ xalqı ilə həmrəydir.

O, həmçinin mülki əhalinin və mülki infrastrukturun qorunmasına yönəlmiş müdafiə tədbirlərini yüksək qiymətləndirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar