SON XƏBƏRLƏR

BƏƏ prezident müşaviri: BƏƏ-yə beynəlxalq dəstək İranın təcavüzkar olduğunu göstərir

2026.05.05, 11:37
BƏƏ prezident müşaviri: BƏƏ-yə beynəlxalq dəstək İranın təcavüzkar olduğunu göstərir

Beynəlxalq ictimaiyyətin BƏƏ-yə göstərdiyi dəstək regiondakı böhran kontekstində İranın təcavüzkar tərəf olduğunu ortaya qoyur.

Gunaz.tv

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin prezident müşaviri Ənvər Qarqaş X platformasında yazıb.

Ənvər Qarqaş İranın BƏƏ-yə qarşı hücumunu pisləyən mesajları alqışlayaraq qeyd edib ki, bu reaksiyalar qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasına sadiqliyi göstərir və “qanunsuz davranışları” rədd edir.

O bildirib: “Bu mövqelər təsdiqləyir ki, İran Körfəz regionunda böhranı gərginləşdirən, təhlükəsizlik və sabitliyə təhdid yaradan tərəf kimi təcavüzkardır.”

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar